...

İŞİD Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb

Dünya xəbərləri Materials 31 İyul 2018 00:08 (UTC +04:00)
İŞİD terror təşkilatı Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb
İŞİD Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb

Bakı. Trend:

İŞİD terror təşkilatı Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Xatlon vilayətinin Danqarinsk rayonunda baş verib. Avtomobil velosipedlə hərəkət edən turistləri vurub. Nəticədə 3 turist hadisə yerində, daha bir nəfər isə xəstəxanada həlak olub, 3 nəfər isə xəsarət alıb.

Ölənlərdən 2-i ABŞ vətəndaşıdır, qalanları İsveçrə və Niderland vətəndaşlarıdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti