...

Tailand sahillərində turist gəmisi yandı

Dünya xəbərləri Materials 13 Avqust 2018 14:31 (UTC +04:00)
Tailandın Lava adası yaxınlığında turist gəmisində yanğın baş verib
Tailand sahillərində turist gəmisi yandı

Bakı. Trend:

Tailandın Lava adası yaxınlığında turist gəmisində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın gəmi birgünlük ekskursiyada olarkən başlayıb.

Qeyd olunur ki, yanğından əvvəl 3 partlayış səsi eşidilib. Yanğın zamanı turistlər dənizdə olduqları üçün hadisə nəticəsində xəsarət alan olmayıb. Ümumilikdə, həmin səyahətdə 20-dən çox turist olub.

Partlayışların kapitan göyərtəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti