...

İraq aviasiyası İŞİD-in Suriyadakı operativ qərargahını məhv edib

Dünya xəbərləri Materials 17 Avqust 2018 04:16 (UTC +04:00)

Bakı. Trend:

İraq HHQ İŞİD terror qruplaşmasının Suriya ərazisində yerləşən operativ qərargahını məhv edib.

Trend-in məlumatına görə, bu barədə İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "İraq HHQ-nin "F-16" qırıcıları baş nazir Heydər əl-Abadinin əmri ilə Suriya ərazisində hava əməliyyatı həyata keçiriblər. Hava zərbələrinin hədəfi İŞİD terror qruplaşmasının operativ qərargahı olub. Qərargah məhv edilib".

Məlumata əsasən, hava zərbələri zamanı məhv edilən terrorçular yaxın günlərdə İraq ərazisində terror aktları planlaşdırırmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti