...

Niderlandda partlayıcı qurğunun olması ilə bağlı xəbərdən sonra vağzal təxliyə edilib

Dünya xəbərləri Materials 20 Avqust 2018 04:15 (UTC +04:00)

Bakı. Trend:

Niderlandın Tilburq şəhərinin əsas vağzalından insanlar təxliyə edilib.

Trend-in məlumatına görə, təxliyəyə səbəb vağzalda partlayıcı qurğunun olması ilə bağlı xəbər olub. Tilburq şəhərinin yerləşdiyi Şimali Brabant əyalətində dəmiryolu hərəkəti dayandırılıb.

Şəhər polisinin Twitter səhifəsində yerləşdirilən məlumata əsasən, vağzalda partlayıcı qurğunun olması ilə bağlı daxil olan məlumatdan sonra bir neçə nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti