...

Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 31 Avqust 2018 15:32 (UTC +04:00)
Məşhur gürcüstanlı aktyor-müğənni Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib.
Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Məşhur gürcüstanlı aktyor-müğənni Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib.

Trend-in məıumatına görə, gürcü jurnalistlərindən biri ona zəng edərək, ötən gün dünyasını dəyişən İosif Kobzonun dəfn mərasiminə gedəcəyini öyrənmək istəyib. O isə cavabında -“Məni ora dəvət edən olmayıb, özüm də hazırda xəstəxanada yatıram” - deyib.

Qeyd edək ki, vaxtilə yaxın olan məşhurlar 2008-ci ildə Rusiya-Gürcüstan hadisələri zamanı mübahisə edərək ünsiyyətlərini kəsiblər.

İ.Kobzon ötən gün, 81 yaşında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti