...

Meksikada polis əməkdaşları 10 cinayətkarı güllələyib

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 03:17 (UTC +04:00)
Meksikanın Quanaxuato ştatında polis əməkdaşları onlara hücum edən 10 cinayətkarı güllələyib
Meksikada polis əməkdaşları 10 cinayətkarı güllələyib

Bakı. Trend:

Meksikanın Quanaxuato ştatında polis əməkdaşları onlara hücum edən 10 cinayətkarı güllələyib.

Trend-in məlumatına görə, Xerekuaro şəhərinin yaxınlığında "Xalisko - Yeni nəsil" narkomafiyasının üzvləri polis əməkdaşlarına hücum ediblər. Nəticədə az sayda olan polislər hücum edənlərdən 10-nu hadisə yerində öldürüb, 3-nü isə yaralayıblar. Bundan əlavə, atışma zamanı 1 polis əməkdaşı və 1 həkim yaralanıb.

Qalan cinayətkarlar hadisə yerindən qaçıb. İnsindetin baş verdiyi ərazidə cinayətkarların 7 avtomobili müsadirə edilib. Onlardan 4-ü axtarışda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti