...

Moskvada sərnişin təyyarələri toqquşub

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 13:33 (UTC +04:00)
Moskvada sərnişin təyyarələri toqquşub.
Moskvada sərnişin təyyarələri toqquşub

Bakı. Trend:

Moskvanın Jukovski hava limanında iki sərnişin təyyarəsi dayanacaq yerinə hərəkət edərkən toqquşub.

Trend-in məlumatına görə, bunu TASS-a Moskva Regionlararası Nəqliyyat Prokurorluğundan deyiblər.

Təyyarələr "Ural Hava Yolları" və "İkar" aviaşirkətlərinə məxsus olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb, "Ural Hava Yolları" təyyarəsinin sol qanadaltısı və aeronaviqasiya fənəri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti