...

BMT-nin baş katibi Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq

Dünya xəbərləri Materials 18 Oktyabr 2018 03:19 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş Staffan de Misturanın yerinə Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq
BMT-nin baş katibi Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Staffan de Misturanın yerinə Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjariik brifinq zamanı bildirib.

S.Cüjarrik deyib: "O, Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün təcili məsləhətləşmələrə başlayacaq. Biz məsləhətləşmələrin başlaması üzərində fəal işləyirik, bu məsələnin nə qədər zaman alacağını demək çətindir. Lakin baş katib Suriya münaqişəsinin nizamlanması üzrə işə böyük ara verməmək üçün bu məsəsləni mümkün qədər tez həll etmək niyyətindədir".

Qeyd edək ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti