...

Türkiyədə yenə qeyri-leqal miqrantların qayığı batdı

Dünya xəbərləri Materials 12 Noyabr 2018 13:16 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir əyaləti yaxınlığında içərisində qeyri-leqal miqrantların olduğu qayıq batıb.

Trend-in məlumatına görə, qayıqda 12 miqrant olub.

Onlardan 2 nəfəri sahilə çıxa bilib. Hazırda digər 10 nəfərin xilas edilməsi üçün əməliyyat keçirilir.

Xatırladaq ki, ötən ay İzmir sahillərində daha bir qayığın batması nəticəsində 30 miqrant həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti