...

Quterreş və Səudiyyə Ərəbistanı şahzadəsi jurnalist Xaşkacinin ölümünü müzakirə ediblər

Dünya xəbərləri Materials 4 Dekabr 2018 02:25 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Argentinada G20 sammiti çərçivəsində görüşləri zamanı jurnalist Camal Xaşkacinin qətlə yetirilməsini müzakirə ediblər
Quterreş və Səudiyyə Ərəbistanı şahzadəsi jurnalist Xaşkacinin ölümünü müzakirə ediblər

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Argentinada G20 sammiti çərçivəsində görüşləri zamanı jurnalist Camal Xaşkacinin qətlə yetirilməsini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak bildirib.

Onun sözlərinə görə, görüş zamanı A.Quterreş Məhəmməd bin Salmana jurnalistin qətlinin şəffaf araşdırılmasının zəruriliyini vurğulayıb.

Rəsmi nümayəndə əlavə edib ki, bundan əlavə, tərəflər danışıqlar zamanı narahatlıq doğuran regional məsələləri, o cümlədən Yəmən və humanitar fəlakət məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti