Bakı. Trend:
İstanbulun Bağçılar rayonunda partlayış baş verib. Trend-in məlumatına görə, insident səhər saat 04:30-da küçədə qeydə alınıb.
Bildirilir ki, partlayışa qaz balonunda qaz sızması səbəb olub.
Partlayış güclü olduğundan dərhal ətrafdakı 5 binanın sakinləri təxliyə edilib.
Xəsarət alanlar barədə məlumat yoxdur.