...

Tramp 2 həftə ərzində Ağ Evin əməkdaşları aparatının yeni başçısını təyin etmək istəyir

Dünya xəbərləri Materials 12 Dekabr 2018 01:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp 2 həftə ərzində Ağ Evin əməkdaşları aparatının yeni başçısını təyin etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə D.Tramp ABŞ Senatında və Konqresin nümayəndələr Palatasında demokratlar fraksiyalarının liderləri ilə Ağ Evdə keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

D.Tramp deyib: "Bizdə [Ağ Evin] əməkdaşlar aparatının rəhbəri vəzifəsini tutmaq istəyən çox sayda insan var. Tezliklə nə baş verəcəyini görəcəyik. Biz tələsmirik. Bir və ya iki həftə ərzində vəzifəni kimin tutacağını elan edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti