...

Parisdə "sarı jiletlər"in etiraz aksiyası zamanı 7 nəfər xəsarət alıb, 160-dan çox saxlanılan var

Dünya xəbərləri Materials 15 Dekabr 2018 22:16 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə "sarı jiletlər"in etiraz aksiyaları zamanı 7 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, aksiyalar zamanı həmçinin 168 nəfər saxlanılıb. Qeyd edək ki, bu gün aksiya iştirakçılarının sayı 2 mindən çox olub. Ümumilikdə ölkə üzrə nümayişçilərin sayı 33,5 mindir.

Xatırladaq ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jilet" hərəkatı noyabrın 17-də başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti