Bakı. Trend:
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "TASS"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən deyiblər.
Nazirlikdən bildirib: "Moskva avxtı ilə saat 04:00 üçün 5 nəfərin meyiti aşkar edilib və dağıntılar altından çıxarılıb".
Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışın qaz sızması nəticəsində baş verməsini prioritet versiyası kimi qiymətləndirir.
XXX
21:36
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeniy Ziniçev bildirib.
Onun sözlərinə görə, dağıntılar altında daha 3 nəfərin meyiti aşkar edilib: "Daha 3 meyit görürük, lakin onları çıxara bilmirik. Çinki binanın kostruksiyasının dağılma riski var".
Y. Ziniçev qeyd edib ki, hazırda işlərin bitmə zamanı haqqında məlumat vermək çətindir: "Demək çətindir, hətta ekspertlər indi deyə bilməzlər. Təxminən 2 gün".
XXX
10:01
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Trend-in məlumatına görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.
Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.
Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.