...

İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 6 Yanvar 2019 14:29 (UTC +04:00)
İran və Rusiyanın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.
İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək

Bakı. Trend:

İran və Rusiyanın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu İran HDQ-in komandanı, kontr-admiral Hüseyn Hənzadi deyib.

Onun sözlərinə görə, təlimlər Xəzərdə ölkələr arasında strateji və taktiki əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Hənzadi təlimləri keçiriləcəyi tarixi açıqlamayıb, lakin qeyd edib ki, onlar "yaxın gələcəkdə" keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti