...

Tramp: Əfqanıstanda sülh razılaşması əldə edilərsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxaracaq

Dünya xəbərləri Materials 1 Fevral 2019 01:21 (UTC +04:00)
Əfqanıstan hakimiyyəti "Taliban" radikal hərəkatı ilə sülh razılaşması əldə edə bilsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxarmaq niyyətindədir
Tramp: Əfqanıstanda sülh razılaşması əldə edilərsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxaracaq

Bakı. Trend:

Əfqanıstan hakimiyyəti "Taliban" radikal hərəkatı ilə sülh razılaşması əldə edə bilsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxarmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.

D.Tramp deyib: "Biz demək olar ki 19 ildir Əfqanıstandayıq və bu müddət ərzində onlar [hakimiyyət və taliblər] sülh razılaşması bağlamaq haqqında danışırlar. Bu baş verdiyi halda biz öz insanlarımızı [hərbçilərimizi] geri qaytaracağıq. Görək, sonra nə olacaq. Lakin onlar ciddi danışıqlar aparırlar və ilk dəfə bunun üçün əsaslar var".

Rəsmi məlumatlara əsasən, hazırda Əfqanıstanda 14 min ABŞ hərbçisi var. Onlar "Taliban" terror hərəkatına qarşı əməliyyatlarda iştirak etməkdən əlavə Əfqanıstan Silahlı Qüvvələrinin təlimləri ilə də məşğul olurlar.

Bundan əlavə, ölkədə 16 min NATO-ya üzv ölkələrin hərbçisi də var. Lakin onlar hərbi əməliyyatlarda iştirak etmirlər və hərbi məsləhətçi rolunu həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti