...

İsveçrədə iki alpinist ölüb

Dünya xəbərləri Materials 24 Fevral 2019 03:56 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

İsveçrədə dağ kurortlarının birində iki alpinist ölüb. Trend-in məlumatına görə, alpinistlər 3700 m hündürlüyü olan Hornliqratdan yıxılıblar.

Hadisə 20 fevralda baş verib. Alpinistlər Matterhorn dağına qalxmaq niyyətində idilər, lakin alpinist ipini götürməyiblər.

Cəsədləri vertolyot vasitəsilə tapmaq mümkün olub. Alpinistlərin xarici vətəndaş olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti