...

Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı

Dünya xəbərləri Materials 24 Fevral 2019 21:56 (UTC +04:00)
Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.
Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı

Bakı. Trend:

Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib. Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.

"Ölənlərin sayı hər dəqiqə ilə artıq", - deyə nazir bildirib.

Xatırladaq ki, hadisə qurbanları əsasən Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti