...

Nazarbayev KİMİ yeni baş nazir təyin etdi?

Dünya xəbərləri Materials 25 Fevral 2019 11:21 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin yeni baş nazirini təyin edib.

Trend-in məlumatına görə, bu vəzifəyə Askar Mamin təyin olunub.

53 yaşlı A.Mamin bundan əvvəl Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri, Astana şəhərinin meri, “Qazaxıstan dəmir yolları” şirkətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, N.Nazarbayev fevralın 21-i hökuməti istefaya göndərmişdi. Həmin hökumətdə birinci müavin olan A.Mamin müvəqqəti olaraq baş nazir vəzifələrini icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti