Bakı. Trend:
Meksikanın Nuevo-Leon ştatında Mərkəzi Amerika ölkələrindən olan 74 miqrant cinayətkarların əlindən xilas edilib.
Trend-in məlumatına görə, miqrantlar qeyri-qanuni olaraq Apodaka bələdiyyəsində yerləşən evlərdən birində tutulurmuşlar. Onların evdə tutulması barədə hüquq-mühafizə orqanlarına naməlum şəxs xəbər verib.
Qeyd edilir ki, azad edilən miqrantların 31-i uşaq olub. Miqrantların əksəriyyəti Honduras vətəndaşıdır. Bundan əlavə, onların arasında Mikaraqua, Salvador və Qvatemaladan olanlarda var.