Bakı. Trend:
Sudan prezidenti Ömər əl-Bəşir ölkənin Mərkəzi Bankının rəhbəri Məhəmməd əz-Zubeyri vəzifəsindən azad edib.
Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın yeni rəhbəri M. əz-Zubeyrin müavini Hüseyn Yahya Cankul təyin edilib.
Bankın rəhbərinin dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.