Bakı. Tural Turan - Trend:
Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün xalqa saat 15:00-da müraciət edəcək. Trend-in məlumatına görə, çıxış şənbə günü baş verən hadisə ilə bağlıdır.
Xatırladaq ki, şənbə günü 50-ə yaxın etirazçılar televiziya binasına daxil olublar. Hadisə yerinə gələn jandarm qüvvələri icazəsiz daxil olanları binadan çıxarda bilib.