Bakı. Tural Turan - Trend:
Niderlandın baş naziri Mark Rütte Utrextdə atışma barədə açıqlama verib. Trend-in məlumatına görə, tramvayda atəşa açan şəxsin motivləri aydın deyil.
“Hadisə barədə çox suallar və şayələr qalır”, - deyə Rütte bildirib.
Rütte əlavə edib ki, bu gün bütün dövlət binalarında ölənlərə və onların yaxınlarına hörmət əlaməti olaraq bayraqlar endiriləcək.