...

Yeni Zelandiyada təyyarə qəzası: 2 nəfər həlak olub

Dünya xəbərləri Materials 24 Mart 2019 15:43 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 təcrübəli təlimatçı pilot həlak olub.

Trend-in məlumatına görə, "Diamon DA42" təyyarəsinin yoxa çıxması barədə şənbə günü məlum olsa da, əlverişsiz hava şəraitinə görə təyayrəni yalnız bazar günü tapmaq mümkün olub. Təyyarə Taupo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Pilotların işlədiyi "Ardmore" yay məktəbində bildiriblər ki, hər iki kişi təcrübəli pilot olub və qəzanın səbəbi hazırda məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti