Bakı. Trend:
Hindistanın doqquz ştatında yerli vaxtla saat 07:00-da parlament seçkilərinin dördüncü mərhələsi başlayıb.
Trend-in məlumatına görə, seçkilərdə 957 namizəd iştirak edir.
Dairələrin əksəriyyətində səsvermə yerli vaxtla saat 18:00-da bitəcək.
23 aprel tarixində keçirilən üçüncü mərhələsində istirakçiların sayı 63% artıq təşkil edib.
Bildirilir ki, seçkilər 7 mərhələdən ibarətdir.
Səslərin hesablanması mayın 23-nə qədər bitməlidir.