...

Uqandada qayıq batıb: futbolçular və azarkeşlər itkin düşüb

Dünya xəbərləri Materials 20 May 2019 07:15 (UTC +04:00)

Bakı. Trend:

Uqandanın qərbində Albert gölündə yerli futbol komandasının oyunçularını və azarkeşlərini daşıyan qayıq batıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 50 nəfəri daşıyan qayığın batması nəticəsində azı 30 nəfər itkin düşüb.

Bildirilir ki, qayıq sahildən 300 metr aralaşdıqdan sonra batıb. Hadisəyə səbəb qayıqda həddindən artıq çox insanın olması ola bilər.

Qeyd edilir ki, iki nəfərin cəsədi hadisədən dərhal sonra aşkar edilib, 20 nəfər xilas edilib. Xilas edilənlər tibb mərkəzlərinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti