...

Ukraynada ildırım 3 nəfəri öldürüb

Dünya xəbərləri Materials 22 İyun 2019 03:42 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın İvano-Frankovs vilayətində avtobus dayanacağını ildırım vurub.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, bu barədə vilayətin polis idarəsi öz "Facebook" səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə nəticəsində Lvov vilayətinin sakinləri olan 3 kişi həlak olub.

Bundan əlavə, iki nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti