...

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 14 İyul 2019 21:21 (UTC +04:00)

Bakı. Trend:

Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 55-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 50 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti