...

Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 20 İyul 2019 05:16 (UTC +04:00)
Kolumbiyanın Bolivar bələdiyyəsində (Kauka departamenti) sərnişin avtobusu dərəyə aşıb
Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var

Bakı. Trend:

Kolumbiyanın Bolivar bələdiyyəsində (Kauka departamenti) sərnişin avtobusu dərəyə aşıb.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti