Bakı. Trend:
Nyu-Yorkun Bruklin rayonunda baş verən atışma nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən yazıb.
Öncə yeddi nəfərin xəsarət alması barədə məlumat verilmişdi. Onlar hamısı xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, atışma şənlikdə olub. Hazırda polis hücum edən şəxsin axtarışına başlayıb.