...

Braziliya Venesuelaya qarşı ilk dəfə sanksiyalar tətbiq edəcək

Dünya xəbərləri Materials 7 Avqust 2019 05:19 (UTC +04:00)
Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tıtbiq etməyə hazırlaşır
Braziliya Venesuelaya qarşı ilk dəfə sanksiyalar tətbiq edəcək

Bakı. Trend:

Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tıtbiq etməyə hazırlaşır.

Trend-in "Globo" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda Braziliyanın Xarici İşlər nazirliyi və Ədliyyə Nazirlikləri hazırda ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.

Məlumata əsasən, bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.

Qeyd edilir ki, müvafiq sanksiyaların tətbiqi haqqında Braziliyanın xarici işlər naziri Ernestu Arauju Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda bəyan edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti