...

Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub

Dünya xəbərləri Materials 9 Avqust 2019 12:42 (UTC +04:00)
Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə yaxın evə ziyan dəyib
Türkiyədə zəlzələ 400-ə yaxın evə ziyan vurub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Denizli vilayətində baş vermiş zəlzələ nəticəsində 400-ə yaxın evə ziyan dəyib.

Trend-in məlumatına görə, yeraltı təkanlar nəticəsində, həmçinin 78 nəfər xəsarət alıb.

Bundan başqa, zəlzələ Denizli hava limanına da ziyan vurub.

Qeyd edək ki, ötən gün Denizli vilayətinin Bozkurt rayonunda Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti