...

Ərəb koalisiyası Yəmənin şimalında husilərə zərbələr endirib

Dünya xəbərləri Materials 20 Avqust 2019 07:15 (UTC +04:00)
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə zərbələr endirib
Ərəb koalisiyası Yəmənin şimalında husilərə zərbələr endirib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə zərbələr endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanının şərqində neft yatağına və neft emalı zavoduna etdikləri hücuma cavab olaraq həyata keçirilib.

Məlumata əsasən, qırıcı təyyarələr husilərin mövqelərinə 5 hava zərbəsi endirib. Zərbələr nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti