...

Səudiyyə koalisiyası Yəmən həbsxanasına hücum etdi: 156 ölü

Dünya xəbərləri Materials 6 Sentyabr 2019 05:24 (UTC +04:00)
Səudiyyə Ərəbistan koalisiyasının Yəməndəki həbsxanaya endirilən hava zərbələri nəticəsində 156 nəfər həlak olub
Səudiyyə koalisiyası Yəmən həbsxanasına hücum etdi: 156 ölü

Bakı. Trend:

Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki həbsxanaya endirilən hava zərbələri nəticəsində 156 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı bildirib.

Məlumata əsasən, daha 50 nəfər xəsarət alıb.

Qeyd edək ki, bazar günü səhər "Al Arabiya" telekanalı pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və "Ənsar Allah" (husilər) hərakatının raket silahlarının saxlanıldığı Damar əyalətindəki anbara hava hücumu təşkil etdiyini bildirib. Deyilib ki, cəmi altı zərbə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti