...

Yeni Zelandiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2019 07:00 (UTC +04:00)
Şəxsi yüngül mühərrikli təyyarə Yeni Zelandiyanın şimal adasında yerləşən "Tararua Range" milli parkının ərazisində qəzaya uğrayıb
Yeni Zelandiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bakı, Trend:

Şəxsi yüngül mühərrikli təyyarə Yeni Zelandiyanın şimal adasında yerləşən "Tararua Range" milli parkının ərazisində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bazar ertəsi, qəza nəticəsində iki nəfər ölüb. Vellinqtondan 100 km şimalda yerləşən "Fokspine" aerodromundan çıxan yüngül mühərrikli təyyarə bazar günü axşam quru ilə əlaqəsini itirib. Axtarış əməliyyatları zamanı təyyarənin parçaları, həmçinin pilot və sərnişinin cəsədləri tapılıb.

Yeni Zelandiya polisi və Mülki aviasiya təşkilatı araşdırma aparır və qəzanın səbəblərini axtarırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti