...

ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb

Dünya xəbərləri Materials 24 Noyabr 2019 03:15 (UTC +04:00)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Tvitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb
ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb

Bakı. Trend:

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Tvitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb.

Trend-in məlumatına görə, B.Huk "Twitter" hesabında yerləşdirdiyi çıxışında deyib: "Bu həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür. "Facebook", "İnstagram" və "Twitter" kimi şirkətləri Ali Rəhbər (Əli) Xamenei, Xarici İşlər Naziri (Məhəmməd Cavad) Zərif və Prezident (Həsən) Ruhaninin öz xalqı üçün İnterneti bərpa etməyincə hesablarını bağlamağa çağırırıq".

Daha əvvəl İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İran nazirinə qarşı "İnternet senzurası" üçün sanksiyalarını şərh edərkən, Vaşinqtonun İnternet azadlığının əhəmiyyəti olmadığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti