...

Güclü zəlzələ Albaniyanı dağıtdı - Ölənlər və yaralananlar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 Noyabr 2019 10:52 (UTC +04:00)
Albaniyada güclü zəlzələ baş verib.
Güclü zəlzələ Albaniyanı dağıtdı - Ölənlər və yaralananlar var (YENİLƏNİB)

Bakı. Trend:

İlk xəbər saat 09:49-da yayımlanıb

Albaniyada baş vermiş güclü zəlzələ insan tələfatına da səbəb olub. Trend-in məlumatına görə, 4 nəfər həlak olub. Yaralananların sayı hələ dəqiq məlum deyil.

X X X

saat 09:49

Albaniyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanların gücü 6.4 bal olub.

Məlumata görə, paytaxt Tirana yaxınlığında qeydə alınan zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Ölənlərin olması barədə hələ xəbər yoxdur.

Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.

Zəlzələ paytaxtdan savayı, Durres şəhərində də hiss olunub və dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti