...

Keniyada silahlılar ABŞ-ın hərbi bazasına hücum ediblər

Dünya xəbərləri Materials 5 Yanvar 2020 19:01 (UTC +04:00)
"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Keniyanın Lamu dairəsində yerləşən ABŞ-ın hərbi-dəniz bazasına hücum ediblər
Keniyada silahlılar ABŞ-ın hərbi bazasına hücum ediblər

Bakı. Trend:

"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Keniyanın Lamu dairəsində yerləşən ABŞ-ın hərbi-dəniz bazasına hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Keniya Silahlı Qüvvələrinin təyyarələri hücuma cavab olaraq silahlılara bir neçə zərbə endiriblər.

Bildirilir ki, silahlılar Hindi yaşayış məntəqəsindən gəliblər və hücumdan əvvəl elektrik enerjisinin veriməsini kəsiblər. Yaşayış məntəqəsində elektrik enerjisinin verilməsi hələki bərpa edilməyib.

Hücum nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti