...

Tokio birjasında Yeni il indekslərin düşməsi ilə başlayıb

Dünya xəbərləri Materials 6 Yanvar 2020 07:57 (UTC +04:00)

Bakı. Trend:

Asiyanın ən nəhəng Tokio fond birjasında 2020-ci ilin fəaliyyəti kotirovkaların düşməsi ilə başlayıb.

Trend-in məlumatına görə, əməliyyatların birinci 5 dəqiqəsində "Nikkei" əsas indeksi 1,66 faiz düşərək 23 263,12 göstəricisinə enib. Dolların məzənnəsi isə 1,08 faiz zəifləyərək 107,96-107,96 ien-dollar göstəricisinə düşüb.

"Daiwa Securities" analitiklərinin fikrincə, Tokiodakı indekslər Amerika və Avropa bazarlarında, ABŞ-ın raket hücumu nəticəsində İran generalı Kassem Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasındakı münasibətlərin kəskin şəkildə kəskinləşməsindən yaranan enişinin davamı olaraq düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti