...

Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirləri Liviya və Yaxın Şərqi müzakirə edəcəklər

Dünya xəbərləri Materials 13 Yanvar 2020 05:21 (UTC +04:00)
Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu türkiyəli həmkarları Mövlud Çavuşoğlu və Hulusi Akar ilə Liviyada vəziyyətin nizamlanmasını müzakirə edəcəklər
Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirləri Liviya və Yaxın Şərqi müzakirə edəcəklər

Bakı. Trend:

Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu türkiyəli həmkarları Mövlud Çavuşoğlu və Hulusi Akar ilə Liviyada vəziyyətin nizamlanmasını müzakirə edəcəklər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bundan əlavə tərəflər İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.

Xatırladaq ki, daha əvvəl Türkiyə KİV-ləri XİN rəhbəri və müdafiə nazirinin yanvarın 13-ü Rusiyanın paytaxtı Moskvaya səfər edəcəkləri barədə məlumat yaymışdı. KİV-lərin məlumatına əsasən, Türkiyənin nümayəndə heyətinin tərkibində həmçinin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da olacaq.

Türkiyənin nümayəndə heyətinin Moskvaya səfərinin gözlənilməsi barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti