...

Çin rəhbəri Uhan şəhərinə səfər edib

Dünya xəbərləri Materials 10 Mart 2020 10:24 (UTC +04:00)

Bakı. Trend:

Çin rəhbəri Si Cinpin koronavirusun episentri olan Uhan şəhərinə səfər edib.

Trend-in məlumatına görə, S.Cinpin səfər zamanı şəhərdə virusla mübarizə çərçivəsində aparılan tədbirlərlə tanış olacaq.

Onun həkimlərlə, sosial işçilərlə, polis, hərbçi və könüllülərlə görüşəcəyi deyilir.

Qeyd edək ki, Çində yeni koronavirusa yoluxma hallarının sayı 80 754-ə çatıb, onlardan 3113 nəfər ölüb, təqribən 60.000 xəstə sağalıb və xəstəxanadan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti