...

Koronavirusa görə azanda dəyişiklik edilib (VİDEO)

Dünya xəbərləri Materials 14 Mart 2020 17:10 (UTC +04:00)
Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.
Koronavirusa görə azanda dəyişiklik edilib (VİDEO)

Bakı. Trend:

Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.

Trend-in məlumatına görə, namaza çağırış olan azanın mətni dəyişilib.

Belə ki, azanda istifadə olunan "hayya alas-salah" (namaza gəli) ifadəsi, "al-salatu fi buyutikum" (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.

Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti