...

"BMW" iki qitədə zavodlarını bağlayır

Dünya xəbərləri Materials 18 Mart 2020 16:43 (UTC +04:00)
Almaniyanın BMW avtomobil konserni koronavirus təhlükəsi ilə əlaqədar Avropa ölkələrində və Cənubi Afrika Respublikasında zavodlarını bir ay müddətinə bağlayır
"BMW" iki qitədə zavodlarını bağlayır

Bakı. Trend:

Almaniyanın BMW avtomobil konserni koronavirus təhlükəsi ilə əlaqədar Avropa ölkələri və Cənubi Afrika Respublikasındakı zavodlarını bir ay müddətinə bağlayır.

Trend-in məlumatına görə, zavodların fəaliyyəti aprelin 19-dək dayandırılacaq.

Qeyd olunur ki, şirkətin istehsalının 50 faizi bu zavodların payına düşür.

Xatırladaq ki, ötən gün “Volkswagen” konserni də bir sıra zavodlarını bağladığı elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti