...

BMT Baş Assambleyası pandemiya ilə mübarizədə qlobal həmrəylik üzrə qətnamə qəbul edib

Dünya xəbərləri Materials 3 Aprel 2020 03:27 (UTC +04:00)
BMT Baş Assambleyası "koronavirus xəstəliyi ilə mübarizədə qlobal həmrəylik" üzrə qətnamə qəbul edib
BMT Baş Assambleyası pandemiya ilə mübarizədə qlobal həmrəylik üzrə qətnamə qəbul edib

Bakı. Trend:

BMT Baş Assambleyası "koronavirus xəstəliyi ilə mübarizədə qlobal həmrəylik" üzrə qətnamə qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Baş Assambleyanın sədrinin mətbuat xidmətindən bildiriblər.

Qətnamədə BMT ölkələri "pandemiyanın qarşısını almaq, təsirini azaltmaq və onu məğlub etmək məqsədilə məlumat, elmi bilik və qabaqcıl təcrübə mübadiləsi, habelə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan müvafiq qaydaların tətbiqi ilə beynəlxalq əməkdaşlığı gücləndirməyə" çağırıblar.

Qətnamə həmçinin böhranın aradan qaldırılmasında BMT-nin mərkəzi rolunu vurğulayır və təşkilatın baş katibini bütün ölkələrin əlaqələndirilmiş səylərini səfərbər etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti