Bakı. Trend:
İran və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmır, Vaşinqton bu dövlətlərə yardım təklif edib.
Trend-in məlumatına görə, bu barədə Mayk Pompeo bir neçə nəşrə müsahibəsində deyib.
"Hər iki ölkə halında, xüsusən İrana dair, humanitar yardımın verilməsini əngəlləyən sanksiyalar yoxdur. ABŞ İran və Venesuelaya humanitar yardım təklif edib. Bu, Şimali Koreyaya da aiddir", - Pompeo bildirib.