...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 85 mindən çox artıb

Dünya xəbərləri Materials 12 Aprel 2020 21:35 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 12-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 696 588 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 85 679 nəfər yeni koronavirusa yoluxub, 6 262 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 696 588 nəfərə, ölənlərin isə 105 952 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 880 106 yoluxma və 74 237 ölüm halı. Avropa regionunda sutka ərzində 40 849 yoluxma halı, 3 672 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 12-nə olan məlumatlara əsasən, yoluxanların sayı 573 940 nəfərə, ölənlərin sayı isə 21 531 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 120 116 yoluxma və 4 058 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (492 881), İspaniyada (161 852), İtaliyada (152 271), Almaniyada (120 479), Fransada (92 787), Çində (83 482), Böyük Britaniyada (78 995), İranda (70 029), Türkiyədə (52 167) və Belçikada (28 018) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti