...

Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır

Dünya xəbərləri Materials 17 Aprel 2020 03:15 (UTC +04:00)
Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır

Bakı. Trend:

Rumıniya parlamenti fövqəladə vəziyyət rejiminin mayın 14-dək uzadılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, qərar qanunverici orqanın hər iki palatasının prezident Klaus Yohannisin göstərişi ilə keçirilən onlayn iclası zamanı qəbul edilib.

Bildirilir ki, bir neçə müxalifət partiyası hökumət qarşısına öhdəliklər irəli sürüb, o cümlədən hökumətin epidemiyaya qarşı görülən tədbirlər barədə həftəlik hesabat verməsini tələb edib.

Rumıniya martın 16-da koronavirusa yoluxanların sayının 100-ü keçdikdən sonra fövqəladə vəziyyət elan edib. Ölkədə son 24 saat ərzində 491 yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların ümumi sayı 7707-yə çatıb, onlardan 392 nəfər ölüb, 1 357 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti