...

Uhanda koronavirusun 1 300-ə yaxın yeni qurbanı aşkar edilib

Dünya xəbərləri Materials 17 Aprel 2020 12:17 (UTC +04:00)
Koronavirus pandemiyasının yarandığı Çinin Uhan şəhərində virusdan ölənlərin sayı təkrar nəzərdən keçirilib
Uhanda koronavirusun 1 300-ə yaxın yeni qurbanı aşkar edilib

Bakı. Trend:

Koronavirus pandemiyasının yarandığı Çinin Uhan şəhərində virusdan ölənlərin sayı təkrar nəzərdən keçirilib.

Trend-in məlumatına görə, şəhərdə bundan əvvəl daha 1 290 nəfərin virusun qurbanı olduğu üzə çıxıb.

Bununla da, Uhanda koronavirusdan ölənlərin sayı 3 869 nəfər təşkil edib. Bundan əlavə, 325 yeni yoluxma qeydə alınıb.

Ümumilikdə, Çində 82 692 nəfər koronavirusa yoluxub, 4 632 nəfər ölüb, 77 944 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti