...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 81 mindən çox artıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 23:46 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 81 mindən çox artıb

Bakı. Trend:

Aprelin 24-ü saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 626 321 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 81 529 nəfər yeni koronavirusa yoluxub, 6 260 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 626 321 nəfərə, ölənlərin isə 181 938 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 284 216 yoluxma və 116 523 ölüm halı. Avropa regionunda sutka ərzində 32 758 yoluxma halı, 3 187 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 23-nə olan məlumatlara əsasən, yoluxanların sayı 995 510 nəfərə, ölənlərin sayı isə 50 583 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 149 295 yoluxma və 6 608 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (830 053), İspaniyada (213 024), İtaliyada (189 973), Almaniyada (150 383), Böyük Britaniyada (138 082), Fransada (119 583), Türkiyədə (101 790), İranda (87 026), Çində (84 311) və Rusiyada (68 622) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti