...

Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq

Dünya xəbərləri Materials 28 Aprel 2020 12:44 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyada mayın 4-dən iri meqapolislərdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin yumşaldılması başlayacaq.

Trend-in məlumatına görə, Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq.

Qeyd olunur ki, karantin rejiminin əvəzinə iri şəhərlərdə saat 20:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.

Digər tədbirlərin də mərhələli şəkildə aradan qaldırılacağı bildirilib.

Qeyd edək ki, bu günədək Nigeriyada 1 335 nəfər koronavirusa yoluxub. Onlardan 255 nəfər sağalıb, 40 nəfər isə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti